“Qarabağ”ın futbolçusu Marko Yankoviç millidən dəvət alıb.
Futbolpress.az xəbər verir ki, klubun mətbuat xidməti yarımmüdafiəçinin Monteneqro millisinin heyətinə çağırıldığını açıqlayıb.
Yankoviç DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində yığmanın Çexiya və Xorvatiya ilə oyunlarında iştirak edəcək.
Monteneqro – Çexiya görüşü 5 sentyabrda, Xorvatiyaya qarşı matç isə 8 sentyabrda baş tutacaq.
