
“Mançester Siti”nin sabiq futbolçusu Keleçi İheanaço “Seltik”ə keçib.
Komanda.az xəbər verir ki, bu barədə Şotlandiya təmsilçisi məlumat yayıb.
28 yaşlı nigeriyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Forvard son olaraq İspaniyada “Sevilya”nın formasını geyinib. O, 2015-2017-ci illər aralığında “Mançester Siti”nin uğurları üçün çalışıb.
