“Xankəndi” baş məşqçi ilə bağlı qərarını açıqladı

“Xankəndi” Region Liqasında komandanı çempionluğa daşıyan türkiyəli mütəxəssis İbrahim Uzunca ilə əməkdaşlığını davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 63 yaşlı, UEFA PRO kateqoriyasına sahib təcrübəli çalışdırıcı ilə bir illik müqavilə imzalanıb. İbrahim Uzunca TFF 1-ci Liqasında çalışmış və həm Türkiyə, həm də Azərbaycan futbolunda dərin iz qoymuş mütəxəssislərdəndir.

Uzuncanın karyerası ərzində Azərbaycanda “Lokomotiv Biləcəri”, “Bakı”, “Şahdağ Quba”, “Xan Lənkəran” və “Dinamo” Bakı klublarında baş məşqçi kimi fəaliyyəti olub. Türkiyədə isə “Adana Demirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir”, BÇ “Mimaroba” (“Küçükçekmece” SK) və “Osmaniyespor” klublarını çalışdırıb.

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir