
Braziliyalı vinger Antoni yayda “Mançester Yunayted”dən “Betis”ə keçib. Bu transfer İspaniya klubuna 22+3 milyon avroya başa gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu yayda “Əl-Nəsr”ə keçməyə yaxın olub. Səudiyyə Ərəbistanı klubunun kapitanı Kriştiano Ronaldo mümkün keçidi müsbət qiymətləndirib.
“Əl-Nəsr”lə danışıqlar aparılıb, oyunçu təklifləri dinləyib və Ronaldo ətrafında razılaşmanın demək olar ki, baş tutduğu düşünülüb. Kriştiano bu ideyanı müsbət qarşılayıb və Antonin özü də bu barədə məlumatlandırılıb.
Ancaq “Əl-Nəsr” daha sonra “Bayern”dən Kinqsli Komanı transfer etməyə üstünlük verib, çünki o, daha əlçatan variant olub. Antoni isə əvvəlcədən “Betis”də oynamaq istəyib və burada artıq yarım mövsümü icarə əsasında keçirmişdi.
