“Qarabağ”ın rəqibindən yeni transfer

“Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibi olan Danimarkanın “Kopenhagen” klubu yeni transferini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi Mads Emil Madseni heyətinə qatıb. 27 yaşlı danimarkalı yarımmüdafiəçi ölkənin digər klubu “Orhus”dan transfer olunub.

“Qarabağ” paytaxt klubu ilə UEFA Çempionlar Liqasının 2-ci turunda Bakıda üz-üzə gələcək. Oyun oktyabrın 1-də keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir