“İmişli”də görüş olacaq

“İmişli” klubunun rəhbərliyi və futbolçuları azarkeşlərlə görüşmək üçün İmişliyə səfər edəcək.

Futbolpress.az xəbər verir ki, yığıncaqda rəhbərlik və oyunçular tərəfdarlara maraqlı olan suallara cavab verəcəklər.

Sentyabrın 3-dəki görüş Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qeyd edək ki, “İmişli” klubu İmişli şəhər stadionunda davam edən təmir işləri ilə əlaqədər cari mövsüm Misli Premyer Liqasının ilk iki turunda rəqiblərini Şamaxıda qəbul edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir