
Səudiyyə Ərəbistanı çempionu “Əl-İttihad” “Braqa”ya vinger Roje Fernandesin transferi üçün rəsmi təklif göndərib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-İttihad” 19 yaşlı futbolçu üçün 30 milyon avro xərcləməyə hazırdır.
Fernandes Portuqaliyanın U-19, U-21 komandalarında çıxış edib və Qvineya-Bisau mənşəlidir. O, uşaqlıq yaşlarından Portuqaliyada yaşayır, karyerasını tamamilə “Braqa”da keçirib.
Fernandes “Braqa”nın heyətində ümumilikdə 91 oyuna çıxıb, 12 qol vurub və 16 məhsuldar ötürmə verib.
