Azərbaycan velosipedçisi Türkiyədə keçirilən turnurun qalibi oldu

Türkiyənin paytaxtı Ankarada keçirilən “GranFondo” Başkənt velosiped yarışında Azərbaycan təmsilçisi Natalya Vallek birinci yeri tutub.

Futbolpress.az xəbər verir ki, bu nəticə ilə o, ölkə velosiped tarixinə ilk dəfə beynəlxalq “GranFondo” yarışında qızıl medal qazanan idmançı kimi düşüb.

Vallek 91 km məsafəni qət edərək, 1300 metr yüksəklik qazanmaqla dağlıq yollardan finişə hamıdan əvvəl çatıb. O, həm ümumi təsnifatda, həm də öz yaş kateqoriyasında 1-ci yeri əldə edib.

Digər idmançılarımızdan Qolamreza Jamfarsadi (+55 yaş kateqoriyası) 6-cı, Vüqar Salahov (40–44 yaş kateqoriyası) isə 12-ci olub.

Qeyd edək ki, yarışda 1000-ə yaxın velosipedçi mübarizə aparıb. Azərbaycanı isə məşqçi Musa Mikayılzadənin rəhbərliyi altında 3 idmançı təmsil edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir