Azərbaycan idmançısı Türkiyədə 9-cu oldu

27-30 avqust tarixlərində Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən yeniyetmə idmançımız Arina Kalugina Türkiyənin Ankara şəhərində keçirilən ISU Yeniyetmələr arasında Gran-pri yarışında iştirak edib.

Futbolpress.az xəbər verir ki, qısa və sərbəst proqram üzrə çıxış edən Arina Kalugina 35 idmançı arasında 157.65 xal toplayaraq yekun nəticədə 9-cu yerə sahib olub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir