“Zirə”nin futbolçusu əməliyyat olundu

“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib. Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir