Cəlal məğlubiyyətin iştirakçısı oldu

Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, Kırcalı təmsilçisi səfərdə “Slaviya” ilə qarşılaşıb. Matç Sofiya klubunun qələbəsiylə başa çatıb – 2:0.

Cəlal oyuna start heyətdə başlayıb və sona qədər oynayıb.

“Arda” 5 turdan sonra 5 xalla 9-cu sıradadır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir