Ançelotti Neymarı milliyə çağırmamasının səbəbini açıqladı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçu Neymarın yığmaya çağırılmamasına münasibət bildirib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, forvardın problemlərinin olduğunu deyib:

“Neymar siyahıda deyil, çünki problemləri var. Zədəsindən sonra o, komandanın uğur qazanmasına və dünya çempionatında bütün imkanlarını göstərməsinə kömək etmək üçün forma yığmalıdır”.

Braziliya millisi gələn ay DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək. “Sambaçılar” Çili və Boliviya milliləri ilə qarşılaşacaq. Oyunlar sentyabrın 5-də və 10-da keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir