Azərbaycanlı futbolçu Rüfət Abdullazadənin fomrasını geyindiyi “Varajdin” Xorvatiya çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Riyeka” ilə qarşılaşıb. Görüş “Varajdin”in qələbəysiylə başa çatıb – 2:1.
Rüfət oyuna ehtiyatda başlayıb və 68-ci dəqiqədə meydana daxil olub.
“Varajdin” 4 turdan sonra 5 xalla 5-ci sıradadır.
