Azərbaycanlı badmintonçular Gürcüstandakı beynəlxalq turnirdə 11 medal qazanıblar

Azərbaycanın uşaq və yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar.

Komanda.az xəbər verir ki, Mələk Təhməzli və Muxtar Bədəlov 11, Omar Mehdi və Dəniz Əhmədli 13, Fərəc Kərimli isə 15 yaşadək badmintonçuların mübarizəsində müxtəlif kateqoriyalar üzrə medalçılar sırasında yer alıblar.

Təmsilçilərimizin turnirdəki ümumi qazancı 7 qızıl, 3 gümüş və 1 bürünc medal olub.

Badmintonçularımız ənənəvi olaraq Batumidə keçirilən “Youth International” turnirində ötən il 5-i, 5-i gümüş və 6-sı bürünc olmaqla 16 medal qazanıblar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir