Həşimov: “Sevinirəm ki…”

Azərbaycan Premyer Liqasının II turunun “Kəpəz” – “Karvan-Yevlax” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– İki komanda da qələbə qazanıb, xallarını artırmaq istəyirdi. Komandamız əzmkar mübarizə apardı, lazım olan üç xalı qazandı. Futbolçulara təşəkkür edirəm, sona kimi mübarizə apardılar.

– Premyer Liqada ilk qələbə sizin adınıza yazıldı. Hissləriniz necədir?
– Məşqçi kimi sevinirəm ki, adım qalib gələn komandanın baş məşqçisi kimi tarixə düşdü. Gələcəkdə daha yaxşı hazırlaşıb, oyunları təhlil edib, hazırlaşmağa çalışacağıq.

– Əsas qapıçınız Pedro Mateusun durumu necədir və Kamran İbrahimov özünü necə göstərdi?
– Kim daha yaxşıdır, o oynayır. Pedronun mikro zədəsi var. Sabah daha dəqiq bilinəcək necə olacağı. Daha əvvəl oyunlarda Kamrana şans vermişdim. Pedro zədələnəndən sonra Kamrana yaxınlaşdım və dedim ki, sənə inanıram.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir