“Səbail”in sabiq futbolçusu Pedro Nunonun yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Rumıniya təmsilçisi “Otelul”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı oyunçu ilə anlaşmanın detalları açıqlanmayıb.
Nuno 2023/24 mövsümündə “Səbail”in formasını geyinib. O, 2024-cü ilin yayında azad agent kimi Polşanın “Korona” klubuna keçmişdi.
