“Ferentsvaroş”un qapıçısı Dibuş Deneş Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a uduzduqları ilk oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, qolkiper 1:3 hesabıyla bitən görüşdə bunları deyib:
“İlk hissədə hər iki komandanın imkanları var idi. Xoşbəxtlikdən onlar yararlana bilmədi. Daha sonra hücumçumuz Varqa fərdi keyfiyyətləri hesabına qol vura bildi. İkinci hissədə də əla fürsətimiz var idi, amma oldu. Daha sonra yarımmüdafiəyə nəzarəti itirdik və rəqib üstünlüyü ələ aldı. “Qarabağ” bizdən üstün oynadı və istədiklərini meydançada etdi.
Təslim olmamalıyıq. Çünki fərqi aradan qaldırmaq üçün şanslarımız olacaq”.
Cavab oyunu avqustun 27-də Bakıda olacaq.
