“Qarabağ”ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsində sabah “Ferentsvaroş”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, “atlılar”ın kapitanı mətbuat konfransında bunları deyib:
“Ferentsvaroş”un əzmkar və iddialı olduğunu bilirik. Daha əvvəl onlara qarşı oynamışıq. Matça hazırıq və inanıram ki, Bakıya yaxşı nəticə ilə qayıdacağıq”.
