Əvəzedicilər Liqası başladı

Əvəzedicilər Liqasında 2025/26 mövsümünə start verilib.

Futbolpress.az xəbər verir ki, ilk turun bütün oyunları eyni günə təsadüf edib.

“Qəbələ” və “Sumqayıt”ın əvəzediciləri inamlı qələbəyə sevinib. “Neftçi-2” “Zirə-2″yə, “Turan Tovuz-2” “Sabah-2″yə qalib gəlib.

Maksim Medvedevin rəhbərlik etdiyi “Qarabağ”ın əvəzedici komandası isə “Şamaxı-2″dən üstün olub.

Əvəzedicilər Liqası
I tur

“Qəbələ-2” – “Kəpəz-2” 4:0
Qollar: Ziya Şəkərxanov, 9. Elşad Tağıyev, 22. Rəvan Əsədov, 81; 89.

“Şamaxı-2” – “Qarabağ-2” 0:2
Qollar: Səbuhi Niftiyev, 16. Əşrəf Ələkbərli, 43.

“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Nadir Orucov, 58. Əjdər Hacılı, 74. Nihad Orucəli, 82-pen.

“Zirə-2” – “Neftçi-2” 0:1
Qol: Mirşahbaz Şahbazov, 80.

“Sabah-2” – “Turan Tovuz-2” 2:3
Qollar: Nihat Cabbarov, 57. Emil Əmirov, 77 – Murad Dadaşev, 10. Vüqar Bağırov, 46. İsmayıl İsmayılov, 90+5.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir