Azərbaycan çempionatında iştirak edəcək komandalar açıqlandı

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, iclasda yeni mövsümə hazırlıq, Yüksək və Birinci liqalarda iştirak edəcək komandaların siyahısı müzakirə olunub.

Yüksək Liqada 6, Birinci Liqada 10 komanda yarışacaq. Yüksək Liqada mübarizə 4 dövrədən və 20 turdan ibarət olacaq. Birinci Liqada isə komandalar 1 dövrə ərzində üz-üzə gələcəklər.

Daha sonra ilk 4 pilləni tutan kollektivlər pley-off mərhələsində gücünü sınayacaq.

Qeyd edək ki, Yüksək Liqada mövsümə sentyabrın 18-də start veriləcək.

Yüksək Liqa

2025-2026-cı illər mövsümünün iştirakçıları

Araz-Naxçıvan
Neftçi İK
Baku Fire
Şuşa MFK
U-19
Lənkəran

Birinci Liqa

2025-2026-cı illər mövsümünün iştirakçıları

PFL

Baku Fire-2
Xan-Lənkəran-2
Star Kargo
Timsport
Atletiko Baku
Trabzon – Azərbaycan
Ulduz
Dəstə Ordubad
Yeni Suraxanı

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir