“Kəpəz” 3 futbolçu ilə “davam” dedi

“Kəpəz” üç futbolçu ilə müqaviləni yeniləyib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əli Səmədov və Məmməd Hüseynovla 1, Ümid Səmədovla 2 illik anlaşma imzalanıb.

Əli son çempionatda 24 oyun keçirərək 1 qol vurub, eyni sayda assist edib. Məmməd 7 matçda “Kəpəz”in qapısını qoruyub. Ümid isə 11 görüşdə meydana çıxıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir