Azərbaycanda ötən mövsümün ən yaxşı baş hakimi Əliyar Ağayev və köməkçi hakim Zeynal Zeynalov mükafatlandırılıb.
Futbolpress.az xəbər verir ki, mükafat Premyer Liqanın I turunun “Karvan-Yevlax” – “Qəbələ” oyununun startından öncə təqdim edilib.
Təqdimatı keçmiş hakim Rüstəm Rəhimov və AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker edib.
