UEFA prezidentinin ən sevdiyi çempionat

UEFA-nın prezidenti Aleksander Çeferin İtaliya futbolu haqqında fikirlərini bölüşüb.

Komanda.az “SkySport”-a istinadən xəbər verir ki, o, İtaliya futbolunun inkişaf etdiyini bildirib:

“İtaliya futbolu inkişaf edir. Qabriele Qravina (İtaliya Futbol Federasiyasının prezidenti) işini əla görür. A Seriyası beş böyük çempionat (İtaliya, İspaniya, İngiltərə, Almaniya, Fransa) arasında mənim ən sevdiyim liqadır, amma hələ yaxşılaşdırılmalı çox şey var”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir