“Sabah” bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın “Levski” (Sofiya) komandasını qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, “bayquşlar” oyunla bağlı maraqlı paylaşımla diqqət çəkib. Klub matçın anonsunu “Rick and Morty” cizgi filmi əsasında hazırlanmış videoçarxla edib.
“Sabah” ilk oyunda “Levski”yə 0:1 hesabıyla uduzub. Cavab görüşü saat 20:00-da başlayacaq.
Təqdimatı burdan izləyə bilərsiniz.
