Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Motor” klubu Polşa çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Lexiya” ilə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 3:3.
Oyuna ehtiyatda başlayan Renat 80-ci dəqiqədə meydana daxil olub.
“Motor” 4 turdan sonra 4 xalla 13-cü sıradadır.
