“Traktor”un sabiq oyunçusu Premyer Liqa klubunda

“Karvan-Yevlax” klubu növbəti transferini həyata keçirib.

Futbolpress.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İranlı mərkəz müdafiəçisi Səid İranxan ilə 1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu son olaraq ölkəsinin “Peykan” klubunda forma geyinib.

Səid karyerasına “Traktor” klubunda başlayıb. O, İranın U-21 və U-23 millilərində də çıxış edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir