“Şamaxı”nın “UEFA Pro” kateqoriya məşqçilik kurslarında iştirak edən köməkçi məşqçisi Elnur Çodarov İspaniyanın “Real Betis” klubunun akademiyasında olub.
Futbolpress.az xəbər verir ki, bu barədə “şirlər”in mətbuat xidməti məlumat yayıb.
Çodarov akademiyanın rəhbəri, məşqçiləri ilə görüşüb və məşq planı ilə tanış olub.
