Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Şalke”ni qəbul edib. Matç “Kayzerslautern”in qələbəsiylə başa çatıb – 1:0.
Mahir görüşə start heyətdə başlayıb. 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan hücumçu 72-ci dəqiqədə Skitta ilə əvəzlənib.
“Kayzerslautern” 2 turdan sonra 3 xalla 11-ci sıradadır.
