Rusiya I Liqasında IV turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycanın U-20 yığmasının sabiq üzvü Kamran Əliyevin formasını geyindiyi “SKA-Xabarovsk” bu turda “Çayka”nı qəbul edib. Matç bərabərliklə başa çatıb – 1:1.
Kamran oyuna start heyətdə başlayıb və komandasının bərabərlik qolunu vurub.
“SKA Xabarovsk” 4 turdan sonra 8 xalla 4-cü sıradadır.
