Emreli: “İlk qələbə heç vaxt asan əldə olunmur”

“Kayzerslautern”də çıxış edən Mahir Emreli II Bundesliqasının II turunda “Şalke”yə qalib gəldikləri oyunla bağlı paylaşım edib.

Futbolpress.az xəbər verir ki, hücumçu 1:0 hesabıyla bitən matçdan sonra sosial şəbəkədə bunları yazıb:

“İlk qələbə heç vaxt asan əldə olunmur. Lakin inanılmaz dərəcədə vacibdir. Böyük dəstəyə görə təşəkkür edirəm”.

Mahir “Şalke” ilə oyunda start heyətdə meydana çıxıb və 72 dəqiqə oynayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir