“Qarabağ”ın oyunu təxirə salına bilər

“Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə Azərbaycan çempionatının ilk turundakı matçı təxirə salınacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), “Sabah” – “Qarabağ” oyunu təxirə salınacaq.

“Qarabağ” ilk oyunda rəqibini 1:0 hesabıyla məğlub edib. Cavab görüşü avqustun 12-də Bakıda olacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir