“İmişli” sabiq hücumçusunu qaytardı

“İmişli” 2025/2026 mövsümü üçün heyətini gücləndirməyə davam edir.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi “Baku Sporting”dən hücumçu Xəzər Mahmudovu sıralarına cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Xəzər daha əvvəl 2023/24 mövsümündə “İmişli”nin formasını geyinib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir