Addai “Qarabağ”dan ayrıla bilər

Qanalı cinah hücumçusu Emmanuel Addai “Qarabağ”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, Kiprin APOEL klubu futbolçunun xidmətində maraqlıdır. Bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb. Xəbərdə klublar arasında danışıqların davam etdiyi bildirilib.

Addainin klubla müqaviləsi 2026-cı ilin yayına kimidir. O, bu mövsüm 3 oyuna çıxıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir