“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün ilk oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Bakıda “Omoniya” ilə qarşılaşacaq. “Liv Bona Dea Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
Komandalar arasındakı cavab görüşü avqustun 14-də Kiprdə olacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
7 avqust
20:00 Araz-Naxçıvan – Omoniya (Kipr)
