Seriyanı “Qarabağ” pozdu

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Şimali Makedoniyada “Şkendiya”ya qalib gəlib – 1:0.

Futbolpress.az-ın məlumatına görə, bu, Azərbaycan komandalarının “Şkendiya”ya qarşı rəsmi oyunlarda ilk qələbəsi kimi tarixə düşüb.

Bundan öncə “Sumqayıt” və “Neftçi” bu rəqiblə qarşılaşmış və qalibiyyət görməmişdi. “Neftçi” 2016-cı ildə Bakıda heç-heçə edib, səfərdə isə məğlub olmuşdu. “Sumqayıt” isə 2020-ci ildə Avropa Liqasının təsnifat mərhələsində “Şkendiya” ilə bacarmamışdı – 0:2.

“Qarabağ” “Şkendiya” ilə cavab oyununu avqustun 12-də Bakıda keçirəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir