“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv III təsnifat mərhələsinin ilk matçında “Şkendiya”nın (Şimali Makedoniya) qonağı olacaq. Skopyedə baş tutacaq görüşə saat 22:00-da start veriləcək.
Komandalar arasındakı cavab görüşü avqustun 12-də Bakıda olacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
5 avqust
22:00 Şkendiya (Şimali Makedoniya) – Qarabağ