“Milan”dan ayrılan hücumçu Yunanıstan klubunda – Rəsmi

Serbiyalı hücumçu Luka Yoviç İtaliya A Seriyasını tərk edərək, Yunanıstanın AEK klubuna keçib.

Komanda.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti açıqlama yayıb.

27 yaşlı futbolçu yeni komandaya azad agent statusu ilə qoşulub. Son mövsümdə “Milan”ın heyətində 15 oyuna çıxan Yoviç 2 qol vurub.

O, karyerasına Belqradın “Srvena Zvezda” klubunda başlayıb. Daha sonra “Ayntraxt” (Frankfurt), “Real” və “Fiorentina” kimi klublarda çıxış edib.

Serbiya millisində 45 oyun keçirən hücumçu bu qarşılaşmalarda 11 qola imza atıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir