Azərbaycan Premyer Liqası klubları “Şamaxı” və “Sumqayıt” bu gün yoxlama matçında üz-üzə gəlib.
Futbolpress.az xəbər verir ki, görüş Qəbələ Şəhər Stadionunda keçirilib. Görüş “Şamaxı”nın qələbəsiylə başa çatıb – 1:0.
“Şamaxı” bundan öncə sınaq matçında “Qəbələ”yə uduzub, “Karvan” və “Kəpəz”ə qalib gəlib.
“Sumqayıt” isə “Kəpəz”i məğlub edib, “İmişli” ilə heç-heçəyə razılaşıb, “Qəbələ”yə isə uduzub.