Qurbanov: “Bunları burda deməyə ehtiyac yoxdur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında sabah “Şkendiya”ya qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Vacib oyuna çıxırıq. İlk matçın burda olması rəqib üçün daha avantajlıdır. Çünki iki yaxşı qələbədən sonra öz meydanlarında bizi qəbul edəcəklər. Yaxşı komandaya qarşı hər iki oyunu qazanıblar. İstəkli komandaya qarşı oynayacağıq. Hazırıq və sabah sona kimi xarakterimizi göstərməliyik. “Şkendiya” bərk və istəkli komandadır. Çalışacağıq ki, yaxşı oyunla mübarizə aparaq və sona kimi oyundan qopmayaq. Yaxşı nəticə ilə burdan ayrılmaq istəyirik. Qarşımızda iki ardıcıl qələbəsi olan komanda var. Bizi çətin oyun gözləyir.

– “Şkendiya”nın yəqin ki, oyunlarını izləmisiz. Onların güclü, zəif tərəfləri nələrdir?
– Hər iki oyununu izləmişəm. Bunları burda deməyə ehtiyac yoxdur. Hər birimizin güclü və zəif tərəfi var. Düşündüyümüz oyunu qurmalıyıq. Rəqibə imkan verməməliyik ki, oyununu göstərsin. Bu rəqibə qarşı 90 dəqiqə çox diqqətli olmalıyıq. Oyun planında səhvlər etməməliyik.

– Pley-off mərhələsində potensial rəqiblər bəllidir. Nə düşünürsüz?
– Qarşıda iki komanda var. Məğlub olsaq da, qalib gəlsək də, bunlardan biri ilə oynayacağıq. Daha əvvəl üz-üzə gəldiyimiz rəqiblərdir. Fərqi yoxdur, ya Avropa Liqası, ya Çempionlar Liqası. – bu rəqiblərlə matçlar azarkeşlər tərəfindən yaxşı marağa səbəb olacaq. Bu oyunu oynayaq, daha sonra ətraflı danışarıq.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir