Rusiya I Liqasında 3-cü turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, azərbaycanlı futbolçu Sadiq Baqıyevin formasını geyindiyi “Xabarovsk” klubu bu turda “Torpedo” ilə qarşılaşıb. Görüş “SKA Xabarovsk”ın qələbəsiylə başa çatıb – 1:0.
Komandanın yeganə qolunu 54-cü dəqiqədə məhz Baqıyev vurub.
Sadiq Azərbaycanın U-21 yığmasına dəvət alır.
3 turdan sonra “SKA Xabarovsk” 7 xalla 3-cü sıradadır.