“Kaş ki, Ronaldo əbədi ola idi” – Federasiya prezidenti

Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa milli komandanın hücumçusu Kriştiano Ronaldonun bir gün yığmanı tərk edəcəyini təbii və qaçınılmaz bir proses kimi dəyərləndirib.

Komanda.az xəbər verir ki, federasiya rəhbəri “Expresso” nəşrinə açıqlamasında belə deyib:

“Ronaldo – bu, sadəcə bir futbolçu deyil, Portuqaliya kimliyini aşan qlobal bir brenddir.

Kaş ki, o, əbədi ola idi. Amma açıq danışmaq lazımdır, insan təbiətinin sərhədləri var. Bu, bir gün təbiətən baş verəcək”.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldo hazırda 40 yaşındadır və Portuqaliya yığması tarixinin ən məhsuldar oyunçusudur.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir