“Neftçi”dən qollu heç-heçə

“Neftçi” bu gün Polşa təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Kiprin AEL klubu ilə qarşılaşıb.

Matç Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunub. Görüş qollu bərabərliklə başa çatıb – 2:2.

“Neftçi”nin qollarını Bassala Sambu və Ramil Şeydayev vurub.

Qeyd edək ki, bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir