“Sabah”la “Araz-Naxçıvan”ın növbəti rəqibləri müəyyənləşdi

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə yüksələn “Sabah”la “Araz-Naxçıvan”ın növbəti rəqibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Sabah” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Braqa”ya (Portuqaliya) uduzan “Levski” (Bolqarıstan) ilə qarşılaşacaq.

Sözügedən komandalar arasında ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı. Cavab oyununun əsas vaxtı da eyni hesabla başa çatıb. Əlavə vaxtda fərqlənən “Braqa” 3-cü mərhələyə adlayıb. “Levski” isə Konfrans Liqasında “Sabah”a rəqib olub.

“Sabah” bu mərhələdə ilk matçını avqustun 7-də səfərdə, cavab oyununu isə avqustun 14-də Bakıda keçirəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi KL-də “Petrokub”u (Moldova) mübarizədən kənarlaşdırıb – 2:0, 4:1.

“Araz-Naxçıvan” isə növbəti mərhələdə Kiprin “Omoniya” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 7-də Bakıda, cavab görüşü ayın 14-də səfərdə baş tutacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir