“Sabah”ın rəqibi dəqiqləşdi

“Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi məlum olub.

Futbolpress.az xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsində “Braqa”ya (Portuqaliya) uduzan “Levski” Azərbaycan təmsilçisi ilə üz-üzə gələcək.

Komandalar arasındakı ilk oyun avqustun 7-də Bolqarıstanda olacaq. Cavab görüşü isə 14 avqustda Bakıda keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir