
Fil Dişi Sahilindən olan məhşur müdafiəçi Serj Orye karyerasını İran çempionatında davam etdirəcək.
33 yaşlı futbolçunun yeni komandası bu ölkənin tanınmış klublarından olan “Perspolis” olub.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Orye ilə bir illik müqavilə imzalanıb. O, “Perspolis”ə azad agent kimi qoşulub.
Orye əvvəllər “Tottenhem” və PSJ-də çıxış edib. O, Fil Dişi Sahili millisində 93 oyuna çıxaraq, 4 qolla yadda qalıb.