Hüseynovun komandası Konfrans Liqasında mərhələ adladı

Azərbaycanlı futbolçu Cəlal Hüseynov UEFA Konfrans Liqasında mərhələ adlayıb.

Komanda.az xəbər verir ki, onun çıxış etdiyi Bolqarıstanın “Arda” komandas Finlandiya klubu HJK-nı mübarizədən kənarlaşdırıb.

Komandalar arasında keçirilən hər iki oyun heç-heçə başa çatıb – 0:0, 2:2. Yekunda qalib penalti seriyasında bəlli olub. Daha dəqiq olan Cəlalın komandası 4:3 hesabı ilə qalib gələrək, 3-cü mərhələyə yüksəlib.

Millimizin müdafiəçisi bu oyunda 120 dəqiqə meydanda olub.

“Arda” növbəti mərhələdə “Kauno Jalgiris” (Litva) ilə qarşılaşacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir