“Neftçi”nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin IV qrupunda ilk oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Türkiyənin “Fomget” klubu ilə üz-üzə gəlib. Matç rəqibin qələbəsiylə başa çatıb – 2:0.