“Araz-Naxçıvan”ın rəqibinin futbolçusunu it dişləyib

İspaniyalı yarımmüdafiəçi Karles Peres “Selta”dan icarə əsasında Yunanıstanın “Aris” klubuna keçdikdən qısa müddət sonra xoşagəlməz hadisə ilə üzləşib.

Komanda.az AS-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Salonikidə itini gəzdirdiyi vaxt başqa bir it onun ev heyvanına hücum edib. Peres müdaxilə etməyə çalışarkən hücum edən itin qurbanına çevrilib və o, cinsiyyət orqanı nahiyəsindən ciddi şəkildə dişlənib.

İspaniyalı futbolçu dərhal xəstəxanaya yerləşdirilsə də, qısa müddət sonra evə buraxılıb. Hazırda o, həkim nəzarətində, ev şəraitində müalicəsini davam etdirir.

İlkin olaraq yayılan “ağır vəziyyətdədir” xəbərləri təsdiqini tapmayıb.

Peres 2012-ci ildə “Barselona”nın akademiyasına qoşularaq, əsas komandada keçirdiyi 13 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə vermişdi. O, daha sonra karyerasını “Roma” və “Selta”da davam etdirmişdi.

“Aris” Konfrans Liqasında “Araz-Naxçıvan”ın rəqibidir. Komandalar bu gün Yunanıstanda cavab oyunu (ilk matçda Azərbaycan klubu 2:1 hesablı qələbə qazanıb) keçirəcək.

The post “Araz-Naxçıvan”ın rəqibinin futbolçusunu it dişləyib appeared first on Komanda.az.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir