“Dinamo” və “Srvena Zvezda” darmadağınla növbəti mərhələdə!

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 5 görüş baş tutub.

“Kopenhagen”, Kiyev “Dinamo”su və “Srvena Zvezda” cavab görüşlərini də qalib bitirməklə mərhələ adlayıblar. Səfərdə 0:2 hesabı ilə uduzan “Kayrat” evdə bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

Mərhələnin qalan oyunları sabah keçiriləcək. İlk görüşdə İrlandiyanın “Şelburn” komandasına 3:0 hesabı ilə qalib gələn “Qarabağ” da cavab qarşılaşmasını sabah keçirəcək.

Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları

29 iyul

Kayrat (Qazaxıstan) – KuPS (Finlandiya) 3:0
İlk oyun: 0:2

Drita (Kosovo) – Kopenhagen (Danimarka) 0:1
İlk oyun: 0:2

Dinamo (Kiyev, Ukrayna) – Hamrun (Malta) 3:0
İlk oyun: 3:0

Srvena Zvezda (Serbiya) – Linkoln (Cəbəllütariq) 5:1
İlk oyun: 1:0

Zrinski (Bosniya və Herseqovina) – Slovan (Bratislava, Slovakiya) 2:2
İlk oyun: 0:4

The post “Dinamo” və “Srvena Zvezda” darmadağınla növbəti mərhələdə! appeared first on Komanda.az.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir