
“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Şelburn” yeni müdafiəçi ilə müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, İrlandiya klubu fransalı müdafiəçi Milan Mbenqa ilə müqavilə imzalayıb. 23 yaşlı futbolçunun son komandası İrlandiyanın “Kork Siti” klubu olub.
“Qarabağ” – “Şelburn” cavab oyunu (ilk oyun – 3:0) iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və matça saat 20:00-da start veriləcək.